Dilarə ilə Samirənin bitməyən “SOYUQ SAVAŞI”: “Bir-birimizi görəndə, salamlaşmırıq, o mənə…”

Müğənni Samirə Əfəndi ilə Dilarə Kazımova arasında illərdir, davam edən küsülülüyün səbəbi bəlli olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Xəzər axşamı” verilişində danışan Dilarə həmkarı ilə aralarındakı münasibətin hələ də soyuq olduğunu deyib.

“Bizim münasibətimiz yoxdur. Bir-birimizi görəndə, salamlaşmırıq, o mənə salam vermir. Səbəbini də bilmirəm. Ancaq mən vaxtilə Samirəyə çox dəstək olmuşam. Oradan-buradan bəzi sözlər eşidirəm, amma bunun mənimlə də heç bir əlaqəsi yoxdur”.

Samirə isə Dilarə ilə küsülülüyün kökündə ona qarşı yönələn insidentin dayandığını bildirib:

“Salam söhbəti deyil. Telekanalların birində yeni il şənliyində çıxış edirdik. Orada xoşagəlməz insident baş verdi. Mənə qarşı niyə belə hərəkət edildiyini başa düşə bilmədim. Yəqin ki, sonda hər kəs öz səhvini başa düşüb. İnşallah, “Altın kələbək” mükafatını onlar da qazanar. Əslində, münasibətimiz çoxdan soyuqdur”.

Nehru

COP29