Dilarə İLK DƏFƏ AÇIQLADI: “14 ildir adamı danışdırmıram”

“14 ildir  həmin adamı danışdırmıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa, Əməkdar artist Dilarə Əliyeva deyib.

O,  qəribə xüsusiyyətlərindən danışıb:

“Mən yemək yeyəndə çox iştahla yeyirəm. Həmin vaxt kimsə mənə zarafatla bir söz deyəndə, yeməyimə qarışanda əsəbləşirəm.  Həmin an beynimdə sinirlər oyanır. Bir dəfə setdə oturub yemək yeyirdim. Bir nəfər hörmətli insan yeməyini bitirəndən sonra mənə baxıb  dedi, Dilarə, bəlkə başını qaldırsan, görərsən ki, doymusan. Heç bir söz demədim, yeməyi yarımçıq qoydum və  durub getdim. O gündən bu yana 14 il keçib. 14 ildir  adamı danışdırmıram”.

Cəvahir

COP29