Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Dilarə Röyanın mahnısını oxudu - AÇIQLAMA/VİDEO

Əməkdar artist Dilarə Əliyeva müğənni, əməkdar artist Royanın repertuarından olan “Yaz ayları” mahnısını oxuyub.

Yenicag.az-a açıqlama verən Dilarə mahnını yeni mövsümdə təqdim edəcəyi verilişi üçün oxuduğunu deyib.

Qeyd edək ki. bir müddət öncə, aktrisa ilə müğənni arasında münasibətlərin soyuq olması barədə xəbərlər dolaşmışdı. Dilarə bu məsələyə də aydınlıq gətirib:

“Röya ilə münasibətimizdə soyuqluq olmayıb, sadəcə, onunla yaxın olmamışıq. Münasibətlərimiz normaldır, hətta qızımın toyunda da iştirak edib. Bəlkə də beş-altı ildən bir hansısa mahnı ruhumu oxşaya bilər. Bu mahnını da Röyanın ifasında, yeni oranjemanda həddən artıq çox sevdim. Gün ərzində dəfələrlə qulaq asırdım. Qərara gəldim ki, mahnının sözlərini dəyişim və verilişimin yen mövsümündə oxuyum”.

Maraqlıdır, Röyanın bu ifaya reaksiyası necə olub?

“Röya hələ eşitməyib. Bir azdan qulağıma çatar”, – Dilarə belə deyib.

“Bəzi aparıcılar kimi, özünüzü müğənni kimi sınamaq fikriniz yoxdur ki?”

Dilarə sualı belə cavablandırıb:

“İndən sonra özümü müğənni kimi tanıtmağı düşünmürəm. Sadəcə olaraq, yeri gəldi, belə bir şey alındı. Olsaydım, indiyə qədər olardım, sadəcə özüm istəmədim”. (gülür)

Cəvahir

www.yenicag.az

1654
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM