Ötən il avtoqəzada həyatını itirən məşhur prodüser Oqtay Əliyev və Əməkdar artist Dilarə Əliyevanın qızı Banu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub.
Yenicag.az xəbər verir ki, xoş günündə aktrisa həm sevinib, həm də kövrəlib.
“Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək – 10 balı topladı. Yolu açıq olsun. Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm… Səbəbi məlum”.
Cəvahir