Dilənçilər Bakıdan yığışdırılır

fondlenciler bakida (4)Bakıda dilənçiliklə məşğul olan şəxslərə qarşı tədbirlər həyata keçirilir. Hər gün dilənçi və avaraçılıqla məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq qeydiyyatda olduqları rayona göndərilirlər.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, dilənçilər sürücülərin diqqətini yayındırır və qəza şəraiti yaradırlar. DYP rəsmisi qeyd edib ki, dilənçilərin Bakı şəhərindən yığışdırılması təkcə “Forumal 1” yarışları ilə bağlı deyil, asayişin qorunması ilə əlaqədardır.

“Ölkədə bayram əhval-ruhiyyəsinin olmasına, keçirilən tədbirlərə baxmayaraq biz polis orqanlarının əməkdaşı olaraq çalışırıq ki, həm asayişi qoruyaq, həm də təhlükəsizlik təmin olunsun. Eyni zamanda hərəkət iştirakçıları gördükləri mənzərədən razı qalsınlar. Bu gün dilənçilik edən, yolları kəsən, svetaforun qırmızı işığında dayanmış maşınların qabağına qaçan adamları, azyaşlıları görəndə insanlar narahatlıq hissi keçirr. Azərbaycan dünyaya interqasiya edir, iqtisadi göstəricilər yaxşıdır. İnsnaların maddi rifah halı yüksəlir. Bu baxımdan dilənçilərin paytaxt küçələrindən yığışdırılması vacibdir”.

V.əsədovun sözlərinə görə, əhalinin maddi rifah halı yüksəlir və bununla da dilənçilərin sayı getdikcə azalır.