Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Dili amputasiya edildi

26691_itc5ytubyoMüğənni Selin Dionun 72 yaşlı həyat yoldaşı Rene Angelil ikinci dəfədir ki, xərçənglə mübarizə aparır.

İllər öncə xəstəliyinə qalib gələn Rene, yenidən xərçəngə tutulub. Selin müsahibəsində bu xəbəri ilk dəfə necə öyrənməsindən danışıb:

“Səs” (“The Voice”) verilişinin məşqində idim. Rene həmin gün həkim müayinəsinə getmişdi. Mənə zəng vurub “Müayinədən çıxdım, xərçəngim var” dedi. Nə söyləyəcəyimi bilmədim. Ağlamadım. Mənim üçün o an zaman dayanmışdı”.

Həkimlər Renenin tamamilə sağalması üçün əllərindən gələni edirlər. Onlar xərçəngin yayılmasının qarşısını almaq üçün Renenin dilinin bir hissəsini amputasiya etməli olublar. Selin əməliyyatdan sonra Renenin yaşaya bilməyəcəyini düşünüb:

“Əməliyyatdan sonra Rene nəinki yemək yeyib, su içirdi, hətta udquna bilmirdi”.

Hal-hazırda xəstəliyin yayılmasının qarşısı alınıb. Selin və oğulları onun tamamilə sağalacağına çox inanırlar.

Qeyd edək ki, müğənni qarşıdan gələn bütün konsert və xaricə səfərlərini təxirə salıb. Bu ağır günlərdə o, ailəsinin yanında olmaq istədiyini açıqlayıb.

www.yenicag.az

387