Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dilqəm ermənilərdən yenə əfv istəmədi

?????????????????????????????????????????????????????????

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib.

Bu barədə azərbaycanlı girovun “vəkili`i Erik Beqlaryan jurnalistlərə açıqlamasında verib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

www.yenicag.az

404