Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dilqəm və Şahbazın saxlanıldığı Şuşa həbsxanası - VİDEO

Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının indiki görüntüsü yayılıb.

Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, hərbçilərimiz həbsxananın son vəziyyətini çəkib paylaşıblar.

Kadrlardan da göründüyü kimi, həbsxanada saxlanma şəraiti həddindən artıq pis olub. Girovluqda olan soydaşlarımız uzun müddət bu həbsxanada qalıb.

Xatırladaq ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının verdiyi məlumata əsasən, soydaşlarımız Şuşa həbsxanasından çıxarılaraq öncə Gorisə, bir müddət orada saxlandıqdan sonra isə Şiraka aparılıblar.

www.yenicag.az

233