Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM bakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi bakalavrlara müraciət edib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, elandakı ixtisaslaşmaları seçmiş və ya seçmək istəyən və 2 il iş stajına malik olan bakalavrlar ixtisaslaşma seçimi üçün ayrılan müddət başa çatanadək əmək kitabçasının surətini skan edərək [email protected] elektron poçt ünvanına göndərməli, iş stajı olmayan, lakin həmin ixtisaslaşmaları artıq seçmiş bakalavrlar isə seçim ərizələrini ləğv edib yenidən ixtisaslaşma seçimi etməlidirlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları Beynəlxalq Akkreditasiya Təşkilatı olan FIBAA (Foundation for International Business Administration Accreditaion) tərəfindən akkreditasiyadan keçirilib:

217125 Biznesin təşkili və idarə edilməsi;

217141 Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri).

Biznesin idarə edilməsi (MBA) proqramı üzrə hər iki ixtisaslaşmada tədris ingilis dilindədir və təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. İxtisaslaşmaların hər birinə cari tədris ilində 10 yer ayrılmışdır və hər iki ixtisaslaşmada təhsil haqqı 2800 manatdır. Agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir.

Ona görə də bu ixtisaslaşmaları seçmiş və ya seçmək istəyən və 2 il iş stajına malik olan bakalavrlar ixtisaslaşma seçimi üçün ayrılan müddət başa çatanadək əmək kitabçasının surətini skan edərək [email protected] elektron poçt ünvanına göndərməli, iş stajı olmayan, lakin həmin ixtisaslaşmaları artıq seçmiş bakalavrlar isə seçim ərizələrini ləğv edib yenidən ixtisaslaşma seçimi etməlidirlər.

www.yenicag.az

271
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100