Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq, beynəlxalq imtahanların keçirilməsinə başlayır.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq beynəlxalq imtahanların keçirilməsi təxirə salınıb. DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq 14 may tarixindən etibarən beynəlxalq imtahanların keçirilməsini davam etdirəcək:

“Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır”.

DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri ilə aşağıdakı cədvəldə təqdim edilir:

İmtahanın adı Tarix Saat
TOEFL iBT 30 may, 13 və 20 iyun, 4 iyul 09:30
GRE 26 iyun, 15 avqust, 5 sentyabr 10:00
IT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s. sahələr üzrə 100-dən çox imtahan Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE-Academic) Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

SAT 29 avqust, 26 sentyabr,

3 oktyabr, 7 noyabr, 5 dekabr

09:00

www.yenicag.az

358
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100