Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM-dən beynəlxalq test imtahanları barədə AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) ETS Global və Education USA ilə birgə TOEFL iBT® və GRE® General Test imtahanları barədə məlumat sessiyası keçirib.

DİM-dən Yenicag.az-a bildirilib ki, “Zoom” platforması üzərindən təşkil olunmuş məlumat sessiyası ingilis dilində keçirilib və tədbirdə 57 nəfər iştirak edib.

Tədbirin spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşin sessiya ərzində TOEFL iBT® və GRE® imtahanlarından uğurla keçmək üçün iştirakçılara məsləhətlər verib, eyni zamanda, tələbələri imtahana ödənişsiz hazırlıq resursları, nümunə test sualları ilə tanış edib. Sessiya iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xatırladaq ki, The TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. GRE (Graduate Record Examinations) imtahanı isə dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

DİM-in keçirdiyi beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında yerləşdirilmiş keçiddən ətraflı məlumat əldə etmək mümkündür.

www.yenicag.az

196
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100