Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM-dən “Fərdi inkişafa dəstək” layihəsi - VİDEO

Dövlət İmtahan Mərkəzi “Fərdi inkişafa dəstək” adlı layihəsini təqdim edib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, hazırlanan növbəti video psixoloq Martin Seliqmanın rəhbərliyi ilə həyata keçirilən eksperiment haqqındadır: “Öyrənilmiş çarəsizlik”.

Biz həyatda uğursuzluqla qarşılaşdıqda çox vaxt bunun səbəbini araşdırmırıq və özünə inam hissimiz azalır. Bu isə çarəsizlik duyğusunun baş qaldırmasına səbəb olur. Keçmişdə yaşadığımız uğursuzluqların təkrarlanacağını düşünərək yeni cəhdlər etmirik. Ya passiv qalırıq, ya da qətiyyətsiz davranırıq. “Öyrənilmiş çarəsizlik” bizim ən böyük düşmənimizdir.

Lakin biz həyata optimist baxmaqla, səhvlərimizdən nəticə çıxarmaqla və daim yeni cəhdlər etməklə öz həyatımızı müsbət istiqamətdə dəyişə bilərik. Etdiyimiz hər bir cəhd, qazandığımız hər kiçik uğur ümidimizi, inamımızı və bacarıqlarımızı gücləndirir.

Eksperimentin nəticələrindən aydın olur ki, uğursuzluqları təhlil etmək, düzgün nəticələr çıxarmaq və yeni cəhdlər etməklə “öyrənilmiş çarəsizliyi” “öyrənilmiş nikbinlik”lə əvəz edə bilərik.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxa bilərsiniz.

Loading...

www.yenicag.az

344
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100