Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM-dən vətəndaşlara MÜRACİƏT

Dövlət İmtahan Mərkəzində və onun regional bölmələrində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, hazırda vətəndaşların müraciətləri şənbə və bazar günləri istisna olmaqla saat 10-dan 17-dək 1653 Çağrı Mərkəzi vasitəsilə cavablandırılır.

Mərkəzin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılır.

Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

Regional bölmələr üzrə telefon nömrələri:

– Gəncə Regional Bölməsi, tel: (022) 256-50-67;

– Bərdə Regional Bölməsi, tel: (020) 205-01-86;

– Göyçay Regional Bölməsi, tel: (020) 274-66-74;

– Lənkəran Regional Bölməsi, tel: (025) 255-24-82;

– Şəki Regional Bölməsi, tel: (024) 244-66-14;

– Şəmkir Regional Bölməsi, tel: (+994) 55 214 97 00;

– Şirvan Regional Bölməsi, tel: (021) 215-15-23;

– Xaçmaz Regional Bölməsi, tel: (023) 325-01-21;

– Naxçıvan MR Regional Bölməsi, tel: (036) 544-04-02.

Qeyd edək ki, bu günlər ərzində vətəndaşlar tərəfindən əsasən təxirə salınan imtahanların vaxtı ilə bağlı müraciətlər daxil olur. Bildirmək istəyirik ki, təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

www.yenicag.az

179
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100