!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-in narazılıq yaradan SINAQ İMTAHANLARI: "Qiymət kifayət qədər qaldırılıb" - Təhsil eksperti / VİDEO

!Reklam – Yazi

Məlumata görə, əvvəllər 3 manata olan DİM sınaq imtahanları artıq 40 manat təşkil edir. Coğrafiya fənnini seçənlər isə əlavə 15 manat ödəyəcəklər. Bu hal abituriyentlər tərəfindən müsbət qarşılanmayıb və narazılığa səbəb olub.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, sınaq imtahanlarının qiymətinin bahalaşması təhsilin əlçatanlığına mane olan amillərdən biridir:

“Sözdə təhsilin əlçatanlığından danışılsa da, sınaq imtahanlarında qiymət artımının olması təəssüf doğurur. Sınaq imtahanları əvvəllər daha ucuz, yəni 5 manat təşkil edirdi. İndi isə qiymət kifayət qədər qaldırılıb. Başa düşüləndir ki, sınaqlarda açıq tipli sualların olması, onların yoxlanılması, nəzarətçilik və bu kimi digər ehtiyaclar üçün canlı qüvvə lazımdır. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsdir və özünü maliyyələşdirməlidir. Əgər DİM qazanc əldə etmək istəyirsə, sınaq imtahanlarını tez-tez keçirə bilər. Bu halda sınaq üçün nəzərdə tutulan ödəniş məbləği aşağı salına bilər”.

Gülşən Şərif

www.yenicag.az

909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv