DİM-lə nazirlik arasındakı mübarizə və gələcəyi məhv edilən gənclər – Ekspert SENSASİON faktlar açıqladı – VİDEO
“DİM qəsdən hər 5-6 ildən bir imtahan suallarını asanlaşdırır. Nəticədə imtahanda yüksək bal toplayan şagirdlərin sayı xeyli artır. Növbəti ildə isə suallar qəlizləşdirilir və nəticələr aşağı düşür”.
Yenicag.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov Bakupost.az-a geniş video musahibə verib.
O, müsahibədə Dövlət İmtahan Mərkəzinin keçirdiyi son buraxılış imtahanlarına toxunub və adı çəkilən qurumun ünvanına kəskin ittihamlar səsləndirib.
Ekspert qeyd edib ki, DİM qəsdən hər 5-6 ildən bir imtahan suallarını asanlaşdırır. Nəticədə imtahanda yüksək bal toplayan şagirdlərin sayı xeyli artır. Növbəti ildə isə suallar qəlizləşdirilir və nəticələr aşağı düşür.
Bu səbəbdən cəmiyyətdə orta məktəblərdə tədrisin zəif olduğu barədə fikirlər yenidən aktuallaşır, Elm və Təhsil Nazirliyi hədəfə çevrilir. Ekspertin fikrincə, DİM-in tətbiq etdiyi imtahan mexanizmi doğru deyil.
O hesab edir ki, test və proqramların hazırlanması səlahiyyəti DİM-dən alınmalıdır.
Bu işlə Prezident və ya Nazirlər Kabineti nəzdində yaradılacaq Testologiya Mərkəzi məşğul olmalıdır. E.Qafarov Elm və Təhsil Nazirliyini də sərt tənqid edib. Onun sözlərinə görə, son illər təhsil sahəsinə digər sahələrdən olan, təhsilin problemlərinə bələd olmayan şəxslər rəhbərlik edir. Bu səbəbdən illərdir ki, orta və ali məktəblərdə təhsilin keyfiyyətində dəyişiklik müşahidə olunmur. E.Qafarov universitet rektorlarının da təhsildən çox şəxsi var-dövlətini artırmaq üçün çalışdıqlarını, daha çox pul qazanmaq üçün tələbələri imtahandan qəsdən kəsdiklərini vurğulayıb. O, Azərbaycanda təhsil haqlarının yüksək olduğunu, bu səbəbdən gənclərin xaricdə təhsil almağa üstünlük verdiklərini qeyd edib.
Ekspertin fikrincə, Azərbaycanda distant təhsilə məqsədli şəkildə şərait yaradılmır ki, bu da təhsilin inkişafını, ixtisaslı kadrların hazırlığı məsələsinə ciddi zərbə vurur.