DİM maliyyə hesabatını publik hüquqi şəxs kimi açıqlayacaq

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, prezidentin 11 aprel 2016-cı tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət İmtahan Mərkəzinin Nizamnaməsi”nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Mərkəz bundan sonra publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparacaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edəcək. İndiyə qədər Mərkəz Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edirdi.

COP29