DİM məlumat yaydı

Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, 27 avqust 2020-ci il tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinəAzərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanları keçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap etməlidirlər.