Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM sədrindən xarici universitet müəlliminin tənqidlərinə REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin müəllimi Amra Sabic-El-Rayessin IAEA 2019 tədbirində Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili olmamasına, hətta ali təhsili olan müəllimlərin belə dərs dedikləri fənn üzrə çox az bacarıqlara malik olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında M.Abbaszadə ölkədə keçirilən imtahanlarda olan tələblərin müasir ingilis dilinin tələblərinə uyğun olmasının vacibliyinə toxunub.

O qeyd edib ki, şagirdlərin imtahan verdikdən sonra yenidən arxaik dildə danışmaları lazım deyil: “Azərbaycan gəncləri dünyada bilik əldə etmək üçün hansısa beynəlxalq dili yüksək səviyyədə bilməlidir. Hansısa gənc bunu edə bilirsə, ona iş yeri tapmaq daha asan olur. Hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib danışmaq lazımdır”.

DİM sədri əlavə edib ki, sovet təhsil sistemində müəllimlər ali təhsil alan zaman onların bu cür bacarıqlar əldə etmək imkanı olmayıb: “Bəlkə də, onların hansısa bacarıqları var, qrammatikanı bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq onların real bacarıqları beynəlxalq imtahanlarla yoxlanıldıqda kifayət qədər olmadığı müəyyən olunur. Bu da tələb edir ki, müəllimlər, ilk növbədə, təlimə cəlb edilsin. Çünki bu, çox vacibdir. Buna görə utanmaq lazım deyil”.

“Bizə Sovet təhsil sistemindən çox şey, o cümlədən “Sovet English” tədris sistemi qalıb. Biz artıq təlim prosesini müasir ingilis dilinin tələblərinə uyğun olaraq qurmalıyıq. Təhsil həm orta, həm də ali məktəblərdə bu cür təşkil edilməlidir. 1990-cı illərdə orta məktəblərdə ingilis dilini ən yaxşı bilən müəllimlər neft şirkətlərinə işə qəbul olunublar və təhsil sistemindən uzaqlaşıblar. İndi də xarici dili yaxşı bilən gənc çox zaman məktəbə getmir və özü üçün başqa bir yerdə iş tapır. Bu təkcə Azərbaycanda deyil. İngilis dilini bilənlər üçün bütün Avropanın əmək bazarı açıqdır. Bizim üçün vacibdir ki, ingilis dilini bilmək kütləvi olsun. Heç olmasa hər bir vətəndaş heç olmasa bir müasir Avropa dilini yaxşı bilməlidir. Bu bizim gələcək üçün məqsədimizdir”, – deyə o əlavə edib.

www.yenicag.az

464
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100