DİN 3-cü sinif şagirdinin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

Avqustun 6-da saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov RPİ-də araşdırma aparılır.