Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

DİN Ağcabədidəki partlayışla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirovun “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş vediyi bildirilib.

Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Fakt üzrə araşdırma aparılır.

www.yenicag.az

1920
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM