!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN avtomobil sahiblərinə müraciət edib

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) avtomobil sahiblərinə müraciət edib.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a daxil olan açıqlamada nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırılır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

“Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar”, – deyə müraciətdə bildirilib.

www.yenicag.az

3044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv