DİN avtomobillərin texniki baxışı ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) avtomobillərin texniki baxışı ilə bağlı sürücülərə xəbərdarlıq edib.

DİN-dən Yenicag.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər”.