DİN Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 26 yaşlı gəncin güllələnməsi barədə məlumat yayıb.

Yenicag.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.

Yeniçağ.az