DİN bir gündə 52 nəfəri həbs edib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulub.

Yeniçağ.az