DİN-də “qaynar xətt” yaradıldı – Karantin rejimi ilə bağlı

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sualların cavablandırılması və problemlərin həllində köməklik məqsədilə bu gün saat 20.00-dan başlayaraq sutkalıq fəaliyyət göstərən “qaynar xətt” telefon xidməti yaradılmışdır.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qeyd edilən məsələlərlə əlaqədar (012) 590 80 20 telefon nömrəsinə zəng etmək mümkündür.

COP29