!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən 5 nəfərin ölümüylə nəticələnən qəza barədə MƏLUMAT

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri – qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub.

İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

4249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv