!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən ağır yol qəzası ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 31-i saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanan Şəmkir rayon sakini N.Murtuzayevə məxsus ZİL markalı avtomobilə vurub.

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv