!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusda qadınları döyən gənc saxlanıldı

!Reklam – Yazi

Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazidə xidmət aparan Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə gətirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev bildirib.

İ.Babayev deyib ki, araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib.

Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib.

“Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə, İ.Babayev əlavə edib.

www.yenicag.az

3842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv