!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) iyulun 2-də Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 2-si saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.

Nəticədə Ə.Abasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv