DİN-dən Bakıdakı ağır yol qəzası ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 4-də saat 13 radələrində Binəqədi rayonunun Goradil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, iki yaşlı nəvəsi Yusif xəstəxanada ölüb, özü və digər sərnişini olan bir yaşlı nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.