Reklam: High Technic
hightechnic

DİN-dən əməliyyat - 60 nəfər saxlanıldı

Oktyabrın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

www.yenicag.az

6658