DİN-dən əməliyyat – 63 nəfər saxlanıldı

2019-cu il yanvarın 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.