!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən əməliyyat - 64 nəfər saxlanıldı

!Reklam – Yazi

Noyabr ayının 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qeydə alınana cinayətlərin 21-i “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

www.yenicag.az

8805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv