!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən əməliyyat - Dini yığıncaq təşkil edən Rusiya vətəndaşları ölkədən çıxarıldı

!Reklam – Yazi

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28 000 ədəd vizit kart aşkar edilərək götürülüb.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.

Araşdırmalar aparılır.

www.yenicag.az

3172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv