Balakən sakinlərindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildiriblər ki, Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Sabir Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan sellofan torbalarda ümumi çəkisi 133 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Digər bir əməliyyat tədbiri nəticəsində isə Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kaltayevin üzərinə şəxsi axtarış keçirilən zaman kağız bükümdə çəkisi 6 qrama yaxın marixuana aşkar edilib və maddi sübut kimi götürülüb.