!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən əməliyyat - Külli miqdarda narkotik tutuldu

!Reklam – Yazi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 26-da Balakən RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Mahamalar kənd sakini Zaur Mamedov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 1kq 760 qr qurudulmuş marixuana, bundan başqa rayonun Tülü kəndindəki kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çəkisi 20 kq olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

www.yenicag.az

3000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv