Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-dən ƏMƏLİYYAT - Narkotacir dəstə saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışını təşkil edən, həmçinin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş İdarənin və ona bilavasitə tabe olan Qərb, eləcə də Cənub Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının Qaradağ rayonunda birgə həyata keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Nicat Əhmədov saxlanılıb. Onun üzərindən və anbar kimi istifadə etdiyi evindən ümumilikdə 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək, 20 kiloqram psixotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi, 400 ədəd satışı qadağan edilən metadon həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi plastik kartlar aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yasamal və Suraxanı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə beynəlxalq narkoşəbəkənin digər üzvləri Əbil Məmmədov, Müşfiq İsmayılov və tanışı Vüqar Quliyev saxlanılıblar. Əbil Məmmədovun üzərindən 645 qram heroin, 125 qram metamfetamin, yaşadığı mənzildən isə 1 kiloqram 385 qram heroin, 1 kiloqram 425 qram tiryək, 7 kiloqram marixuana, 1 kiloqram 430 qram metamfetamin və 1 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkar edilib. Müşfiq İsmayılov və Vüqar Quliyevin üzərindən, eləcə də Əmircan qəsəbəsindəki yaşadıqları evdən isə 4 kiloqram 83 qram heroin və 1 kiloqram 62 qram metamfetamin aşkar olunub.

Qeyd edək ki, Nicat Əhmədov, Əbil Məmmədov, Müşfiq İsmayılov və Vüqar Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyə çalışan xaricdəki narkotacirlər üçün ölkə ərazisində narkokuryerlik etdikləri müəyyən edilib. Bu şəxslərin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki fəal üzvləri olduqları sübuta yetirilib.

Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonlarında narkotik vasitələrın satışını həyata keçirən şəxslərə qarşı keçirdikləri növbəti əməliyyatlar zamanı isə bu qanunsuz fəaliyyətlə məşğul olan Ötkəm Piriyev, Rəfael Xəlilov, Elşən Babayev, Ayaz Həsənov, Şahbaz Babayev, Sadiq Məmmədov və Nicat Abdullayev saxlanılıblar. Ötkəm Piriyevdən 510 qram heroin və metamfetamin, Rəfael Xəlilovun üzərindən və avtomobilindən 3 kiloqram 600 qram tiryək, plastik kart, Ayaz Həsənovdan 257 qram heroin, metamfetamin və elektron tərəzi, Şahbaz və Elşən Babayevlərdən 1 kiloqram 377 qram heroin, metamfetamin, 300 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi, Sadiq Məmmədov və Nicat Abdullayevdən isə 144 qram heroin və metamfetamin aşkar edilib.

Abşeron rayonunda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə gənclər arasında guya narkotik vasitələrin xeyirli olduğu barədə təbliğat aparan Müşfiq İsayev, Ceyhunə Quliyeva, Araz Ağayev tanışı Şəlalə Abbasova və Əziz Rəcəbov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram 650 qram müxtəlif tərkibli narkotik vasitələr, 70 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri və bank kartları aşkar edilib.

Baş İdarənin Sabirabad, Cənub və Qərb Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının isə Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Vaqif Qəhrəmanov, Aqil Səfərov, Mirhüseyn Ocaqov, Vüsal Abdıyev və Amin Əhmədzadə saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 21 nəfərin cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri ilə toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqram vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə, ictimai fəal şəxslərə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində və antinarkotik təbliğat sahəsində vətəndaşı olduğu ölkənin gələcəyi naminə öz töhfələrini əsirgəməsinlər. Milli genefondumuzun məhvinə çalışan xaricdən ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirlərin qarşısını yalnız bu sahədə mövcud olan polis-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi ala bilər”.

www.yenicag.az

137
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100