DİN-dən itkin düşmüş gənclə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt nəzarətə götürülüb.

“Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb-xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, mətbuatda 16 yaşlı gəncin itkin düşdüyü, daha sonra döyülmüş vəziyyətdə tapılması ilə bağlı məlumatlar yayılıb./Report/

 

 

COP29