DİN-dən Kamil Zeynallı barədə rəsmi AÇIQLAMA – VİDEO / YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb.

“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.

***

Abşeron rayonu ərazisində tanınmış fitnes məşqçisi Kamil Zeynallı dava edib. 

Yenicag.az xəbər verir ki, o, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntülərin harada və nə zaman qeydə alındığı araşdırılır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

COP29