!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən insanların rayonlara gediş-gəlişinin necə tənzimlənəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qaydalar əvvəlki kimi olacaq:

“Xüsusi polis postlar – Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışda fəaliyyət göstərəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq.

Təqdim edilən ezamiyyə vərəqələri ciddi şəkildə araşdırılacaq. Kimlərsə onlara verilən səlahiyyətdən sui-istifadəyə cəhd edərsə, bu hallar tərəfimizdən aşkarlanarsa, həmin şəxslərin barəsində tədbir görüləcək”.

“İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək”, – deyə DİN rəsmisi qeyd edilib.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv