DİN-dən sabiq polis rəisinin oğlunun ölümü ilə bağlı – Məlumat

 

13956803_1218291694880163_1008782586_n22Daxili İşlər Nazirliyi təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumat görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.