Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-dən tələbələrin saxlanılması iddialarına REAKSİYA: “Məsələ araşdırılır” – ÖZƏL

Sosial şəbəkələrdə tələbələrin üzləşdikləri problemləri universitet rəhbərliyinə çatdırmaq üçün Lənkəran Dövlət Universiteti (LDU) binasının qarşına getmək istəyən bir neçə tələbənin polis tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, yayılan məlumatlarda tələbələr Əhməd Məmmədli ilə Rüstəm İsmayılbəylinin polis tərəfindən saxlanıldığı və fevralın 1-dən etibarən onlarla əlaqə yaratmağın mümkün olmadığı bildirilir.

Yayılmış bu məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yenicag.az-a açıqlamasında qeyd olunan məsələnin araşdırılacağını və bu barədə məlumat veriləcəyini bildirib.

Aqil Bəkir

Loading...

www.yenicag.az

2053