Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan bəzi ərazilərimizin azad olunduğunu elan etdikdən sonra paytaxt sakinləri bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə çıxmağa cəhd göstəriblər.
“Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla, bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik”, – deyə müraciətdə bildirilir.