DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun

Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı nazirlik sosial çarx hazırlayıb.

“Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, – nazirlik qeyd edib.

COP29