!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən yeni əməliyyat – Hacı Talehin tərəfdarları tutuldu

!Reklam – Yazi

90fc9491ad8c“Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən daha bir neçə nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub. Ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat, 1 ədəd dini məzmunlu qəzet və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən, noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin məlum Nardaran hadisəsində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşənin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd parton darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub, onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron götürülüb(Azvision)

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv