!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN: "Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır"

!Reklam – Yazi

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

Yenicag.az xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da “Report”un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: “Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır”.

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.

www.yenicag.az

2205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv