DİN Hacıqabuldakı ölümlə nəticələnən ağır qəza ilə bağlı məlumat yaydı

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyulun 31-də saat 19 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Müşfiq Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini Ruslan Məmmədova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Əliyevin sərnişinlərindən arvadı Səmayə, qardaşının arvadı Xatirə Əliyeva və onun oğlu Rizvan hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.