DİN hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir. 

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, sükan arxasında olan sürücülər DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyi ilə bağlı tələblərinə əməl etmələri tövsiyə olunur.

DİN tərəfindən yollarda olan vəziyyətlə bağlı informasiyalar fasiləsiz dislokasiya üzrə naryad qruplarına ötürülür.