DİN-in şəhid leytenantı Qəzənfər Məmmədov

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının leytenantı Məmmədov Qəzənfər Habil oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Q.Məmmədov 1996-cı ildə Gəncə şəhərində anadan olub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.