DİN “Mingəçevir” klubunun futbolçuları ilə bağlı araşdırmalara başladı

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.

Yenicag.az xəbər verir ki, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.

Klubdan bildirilib ki, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.

DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib./Apasport.az/